Mingəçevirdə ağır qəza: ölən var

13:50 - 2 Sentyabr 2023 - GÜNDƏM

 Mingəçevirdə ağır qəza: ölən var

Mingəçevir şəhərində ölümlə və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

BUTA.TV xəbər verir ki, şəhər ərazisində hərəkətdə olan 90 ES 662 dövlət qeydiyyatı nömrə nişanlı VAZ-2107 markalı avtomobil əks istiqamətdən gələn 77 XL 145 dövlət qeydiyyatı nişanlı "Hunday" markalı avtomobillə toqquşub.

VAZ-2107 markalı avtomobilin sürücüsü hadisə yerində dünyasını dəyişib. Digər sürücü isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hadisənin təfərrüatı araşdırılır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol