Azərbaycan təmsilçisi Diana Dımçenko Fransada təşkil edilən sahil avarçəkməsi üzrə Avropa çempionatında qızıl medal qazanıb.
BUTA.TV xəbər verir ki, idmançı birnəfərlik qayıqda həm Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası, həm də Bakı Avarçəkmə Kanoe İdman klubu (BAKİ) adından çıxış edib.
Dımçenko hər iki kateqoriyada çıxışda ən yüksək mükafata sahib çıxıb. Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası adı altında mübarizədə idmançımız təsnifat və yarımfinal mərhələsində finişə birinci çataraq A finalına vəsiqə qazanıb.
O, 6 km məsafəyə həlledici yürüşdə ən yaxın rəqibi, irlandiyalı Monika Dukarskanı 16 saniyə qabaqlayaraq (30:14.56 - 30:30.28) Azərbaycan bayrağını Fransada qaldırıb.
Bakı Avarçəkmə və Kanoe İdman Klubu adından çıxışlarda da Diana A finalına vəsiqəni təmin edib. Final yürüşündə də finişə hamıdan birinci çatan Dımçenko fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq himnimizi səsləndirib.
Qeyd edək ki, Diana Dımçenko ötən il İspaniyanın San Sebastian şəhərində keçirilən sahil avarçəkməsi üzrə Avropa çempionatında qızıl medala sahib olub.
- Kadırovun böyrəkləri sıradan çıxdı, xəstəxanadadır
- Pezeşkian da bunu istəyir, ancaq əl-qolu bağlıdır...
- Rusiyanın yeni öldürücü raketləri: Sınaqdan keçiriləcək...
- Şirkətlərlə milyonluq tender qazanan Vüqar Nağıyev kimdir?
- Şamaxıdakı zəlzələ zamanı dağıntı olub? - Rəsmi
- ABŞ Rusiyanın ən uzunmüddətli “xarici dayağını” alt-üst etdi
- Rusiya Azərbaycan üzərindən Ermənistana şəkər göndərir
- Bu, Trampa İrana zərbə endirmək üçün bəhanə verə bilər