ABŞ-ın BMT-dəki keçmiş səfiri vəfat etdi

22:12 - 2 Sentyabr 2023 - GÜNDƏM

 ABŞ-ın BMT-dəki keçmiş səfiri vəfat etdi

ABŞ Energetika Nazirliyinin keçmiş rəhbəri, Birləşmiş Ştatların BMT-dəki sabiq daimi nümayəndəsi Bill Riçardson 76 yaşında vəfat edib.

BUTA.TV xəbər verir ki, bu barədə Riçardson Mərkəzinin vitse-prezidenti Mikki Berqmana istinadən CNN məlumat yayıb.

Son illərdə Nyu-Meksiko ştatının keçmiş qubernatoru Riçardson xaricdə bu və ya digər səbəbdən saxlanılan Amerika vətəndaşlarının azad edilməsi ilə məşğul olub. O, həmçinin Moskva və Vaşinqton arasında dialoqda qeyri-hökumət xəttində iştirak edib.

Telekanalın məlumatına görə, Riçardson Massaçusetsdəki yay evində vəfat edib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol