Paşinyanın ötən gün Qarabağdakı separatçıların qondarma “müstəqillik günü” ilə bağlı müraciəti, daha sonra İtaliya mediasına müsahibəsində dedikləri Ermənistanın sülh sazişi imzalamaqdan uzaq olduğunu göstərir.
BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Asif Nərimanlı bildirib.
“Nikol səhər başqa, axşam başqa söz deyir və beləcə prosesi uzada biləcəyini düşünür. 44 günlük müharibədən ötən üç il ərzində baş verənlərdən çıxan nəticə də artıq qətiləşib: Bakı Qarabağda “müstəqillik”, “öz müqəddəratını təyin etmə” iddialarını sıradan çıxarmadan, bu iddiada olan separatçıları dəfn etmədən nə sülh sazişi imzalanacaq, nə də Ermənistan ərazi iddialarından imtina edəcək”, - o bildirib.
- Kadırovun böyrəkləri sıradan çıxdı, xəstəxanadadır
- Pezeşkian da bunu istəyir, ancaq əl-qolu bağlıdır...
- Rusiyanın yeni öldürücü raketləri: Sınaqdan keçiriləcək...
- Şirkətlərlə milyonluq tender qazanan Vüqar Nağıyev kimdir?
- Şamaxıdakı zəlzələ zamanı dağıntı olub? - Rəsmi
- ABŞ Rusiyanın ən uzunmüddətli “xarici dayağını” alt-üst etdi
- Rusiya Azərbaycan üzərindən Ermənistana şəkər göndərir
- Bu, Trampa İrana zərbə endirmək üçün bəhanə verə bilər