İlham Əliyev San-Marinonun Regent Kapitanlarını təbrik etdi

11:16 - 3 Sentyabr 2023 - GÜNDƏM

 İlham Əliyev San-Marinonun Regent Kapitanlarını təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev San-Marino Respublikasının Regent Kapitanları Alessandro Skarano və Adele Tonniniyə təbrik məktubu ünvanlayıb.

BUTA.TV məktubun mətnini təqdim edir:

"San-Marinonun milli bayramı – Respublika Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, dost San-Marino xalqına daim əmin-amanlıq və rifah arzulayıram".


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol