Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 3-nə olan məlumatına əsasən bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb, Böyük Qafqazın bəzi yerlərində intensiv olub.
Xidmətdən BUTA.TV-a verilən məlumata görə, düşən yağışın miqdarı Qaxda 40 mm, Oğuzda 32 mm (aylıq normanın 43%-i), Qəbələdə 17 mm, Şəkidə 16 mm, Qubada 14 mm, Qusarda 13 mm, Xaltan, Qrız, Şahdağ, Zaqatala, Tərtər, Yevlax, Göyçay, Daşkəsən, Naftalan, Gəncə, Ceyrançöl, Tovuz, Balakən, Qobustanda 6 mm-dək, Bakıda və Abşeron yarımadasının bəzi yerlərində 1 mm-dək olub.
Qeyd olunub ki, şimal-şərq küləyi Gəncədə 24 m/s-dək güclənib.
Havanın maksimal temperaturu sentyabrın 02-də Bakıda iqlim normasından 2.7° yuxarı olub, Bakıda və Abşeron yarımadasında 29-31° isti, Naxçıvan MR-da 34-38° isti, Aran rayonlarında 32-37°, dağlıq rayonlarda 25°-dək isti olub.
- Kadırovun böyrəkləri sıradan çıxdı, xəstəxanadadır
- Pezeşkian da bunu istəyir, ancaq əl-qolu bağlıdır...
- Rusiyanın yeni öldürücü raketləri: Sınaqdan keçiriləcək...
- Şirkətlərlə milyonluq tender qazanan Vüqar Nağıyev kimdir?
- Şamaxıdakı zəlzələ zamanı dağıntı olub? - Rəsmi
- ABŞ Rusiyanın ən uzunmüddətli “xarici dayağını” alt-üst etdi
- Rusiya Azərbaycan üzərindən Ermənistana şəkər göndərir
- Bu, Trampa İrana zərbə endirmək üçün bəhanə verə bilər