İngiltərə Premyer Liqasının 4-cü turunda “Liverpul” evdə “Aston Villa”nı qəbul edib.
BUTA.TV xəbər verir ki, qarşılaşma “Enfild”də baş tutub.
“Liverpul”un üstünlüyü ilə keçən oyunda hesab erkən açılıb. 3-cü dəqiqədə “Liverpul”un yeni səkkiz nömrəsi macarıstanlı Dominik Soboslai Premyer Liqada ilk qoluna imza atıb. 19 dəqiqə sonra keçən turun qəhrəmanı Darvin Nunyesin ötürməsindən top “Aston Villa”nın müdafiəçisi Metyu Keşə dəyərək qapıya daxil olub. Beləliklə, ilk hissə “qırmızılar”ın böyük üstünlüyü ilə başa çatıb.
İkinci hissədə də ümumi mənzərə dəyişməyib. 55-ci dəqiqədə Mersisayd təmsilçisinin misirli hücumçusu Məhəmməd Salah fərqlənib. Ona məhsuldar ötürməni Darvin Nunyes edib.
Bu qol oyundakı yekun hesabı müəyyənləşdirib – 3:0.
Qeyd edək ki, 4 oyundan sonra “Liverpul” Premyer Liqada 3-cü pillədə qərarlaşıb. Növbəti tur “Liverpul” səfərdə “Vulverhempton”la qarşılaşacaq. Birmingem təmsilçisi olan “Aston Villa” isə 11-ci pillədə qərarlaşıb və növbəti tur Londonun “Kristal Pelas”ı ilə üz-üzə gələcəklər.
- Kadırovun böyrəkləri sıradan çıxdı, xəstəxanadadır
- Pezeşkian da bunu istəyir, ancaq əl-qolu bağlıdır...
- Rusiyanın yeni öldürücü raketləri: Sınaqdan keçiriləcək...
- Şirkətlərlə milyonluq tender qazanan Vüqar Nağıyev kimdir?
- Şamaxıdakı zəlzələ zamanı dağıntı olub? - Rəsmi
- ABŞ Rusiyanın ən uzunmüddətli “xarici dayağını” alt-üst etdi
- Rusiya Azərbaycan üzərindən Ermənistana şəkər göndərir
- Bu, Trampa İrana zərbə endirmək üçün bəhanə verə bilər