Tərcüməçi çaşdı: Rusiya-Türkiyə müharibəsi...

20:56 - 4 Sentyabr 2023 - GÜNDƏM

 Tərcüməçi çaşdı: Rusiya-Türkiyə müharibəsi...

Rusiya və Türkiyə prezidentləri – Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan görüşü zamanı türkiyəli tərcüməçi səhvə yol verib.

BUTA.TV xəbər verir ki, bununla bağlı Teleqram kanallarında məlumat yayılıb.

Belə ki, Ərdoğanın sözlərini Putinə tərcümə edən şəxs yanlışlıqla Türkiyə və Rusiyanın aralarında müharibə etdiyini bildirib.

“Türkiyə və Rusiya arasında müharibə... mmm... Rusiya və Ukrayna arasında müharibə...”, - deyə tərcüməçi qeyd edib.

Qeyd edək ki, bu gün Soçidə liderlər arasında görüş baş tutub.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol