Ceyhun Bayramov Xorvatiyaya getdi

17:26 - 5 Sentyabr 2023 - GÜNDƏM

 Ceyhun Bayramov Xorvatiyaya getdi

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov sentyabrın 5-də Xorvatiyaya rəsmi səfərə yola düşüb.

BUTA.TV xəbər verir ki, nazirin səfər çərçivəsində Xorvatiyanın xarici və Avropa işləri naziri Qordan Qrliç Radman və Xorvatiyanın digər yüksək vəzifəli rəsmi şəxsləri ilə görüşlər keçirməsi nəzərdə tutulur.

C.Bayramovun səfər zamanı həmçinin Cənubi Qafqazda təhlükəsizlik problemləri və Azərbaycan ilə Xorvatiya arasında əməkdaşlıq perspektivlərinə həsr olunmuş dəyirmi masa müzakirələrində iştirak və çıxışı gözlənilir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol