Böyük Çin səddini dağıdan şəxslər saxlanıldı

17:54 - 5 Sentyabr 2023 - GÜNDƏM

 Böyük Çin səddini dağıdan şəxslər saxlanıldı

Böyük Çin səddini dağıdan şəxslər saxlanılıb.

BUTA.TV Report-a istinadən xəbər verir ki, bu barədə Çin rəsmiləri məlumat verib.

Bildirilib ki, Böyük Çin Səddinin bir hissəsindən keçidi genişləndirmək üçün ekskavatordan istifadə edən kişi və qadın saxlanılıb.

Genişlənmə Min sülaləsi (1368-1644) dövründə tikilmiş divarın bir hissəsinin təmir oluna bilməyəcək şəkildə dağıdılması ilə nəticələnib. Məlumata görə, polis ekskavatoru Daxili Monqolustan Muxtar Bölgəsinin Horinqqar mahalına aparan izlərlə aşkarlayıb və orada iki şübhəlini saxlayıb.

Onlar mədəni irsin dağıdılmasında ittiham olunublar.

Qeyd edək ki, Böyük Çin Səddi UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilib və dünyanın ən böyük memarlıq abidəsidir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol