İstanbulda leysan həyatı iflic etdi - Video

00:00 - 6 Sentyabr 2023 - GÜNDƏM

 İstanbulda leysan həyatı iflic etdi - Video

İstanbulun bəzi rayonlarına yağan şiddətli leysan bir sıra problemlər yaradıb.

BUTA.TV xəbər verir ki, şəhərin şimal hissəsində başlayan yağıntı Arnavutköy və Başakşehirdə də intensivliyini artırıb.

Yağan yağışlar səbəbindən yollarda gölməçələrin əmələ gəlməsi nəqliyyatın hərəkətində çətinlik yaradıb.

Arnavutköydə bir çox ev və obyektləri su basması müraciətlərindən sonra bölgəyə çoxlu sayda xilasedici göndərilib.

Qeyd edək ki, İstanbul Valiliyi şəhərdə güclü tufanın olacağı barədə xəbərdarlıq etmişdi.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol