Zelenski Kirilenkonu vəzifəsindən azad etdi

00:44 - 6 Sentyabr 2023 - GÜNDƏM

 Zelenski Kirilenkonu vəzifəsindən azad etdi

Donetsk vilayət hərbi administrasiyasının rəhbəri Pavel Kirilenko vəzifəsindən azad edilib.

BUTA.TV xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski sərəncam imzalayıb.

“Kirilenko Pavel Aleksandroviç təqdim etdiyi ərizəyə uyğun olaraq Donetsk Vilayət Dövlət Administrasiyasının sədri vəzifəsindən azad edilsin”, - sərəncamda deyilir.

Qeyd edək ki, Kirilenko 2019-cu ildən bu vəzifəyə təyin edilib. Bundan sonra onun Ukrayna Antiinhisar Komitəsinə rəhbərlik edəcəyi gözlənilir.

Sayalı Abasova


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol