Hacıyev “Nyu York Tayms”a məktub ünvanladı

10:10 - 6 Sentyabr 2023 - GÜNDƏM

 Hacıyev “Nyu York Tayms”a məktub ünvanladı

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Nyu York Tayms”a (NYT) açıq məktub ünvanlayıb.

BUTA.TV xəbər verir ki, bu barədə o, rəsmi X hesabında paylaşım edib.

O, NYT-nin bütün səslər üçün ədalətli platforma olmaq əvəzinə, alternativ baxışlara təhlükəsizlik divarları və bürokratik maneələr qoymasına təəssüfləndiyini bildirib.

"Bütün səslər üçün ədalətli platforma olmaq əvəzinə, mən təəssüflənirəm ki, NYT alternativ baxışlara təhlükəsizlik divarı və bürokratik maneələr qoyur. X mənim ölkəmə qarşı sovet üslubunda təbliğat aparan bəzi qərb media orqanlarının informasiya monopoliyasına qarşı daha güclü alternativ, azad və açıq platforma təqdim edir. Bu məqalələrin hamısını, o cümlədən NYT-ni yoxlayanda belə təəssürat yaranır ki, onların hamısı eyni hökumət studiyasında və ya erməni lobbisi və hökuməti tərəfindən maliyyələşdirilən PR şirkətində yazılıb”, - paylaşımda qeyd olunub.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol