ABŞ nüvə gücünü Avropaya göndərir: Moskvadan reaksiya

11:24 - 6 Sentyabr 2023 - GÜNDƏM

 ABŞ nüvə gücünü Avropaya göndərir: Moskvadan reaksiya

Rusiya ABŞ nüvə silahlarının Böyük Britaniya ərazisinə qaytarılmasını eskalasiyaya doğru addım kimi qəbul edəcək.

BUTA.TV xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

Zaxarova qeyd edib ki, Avropada nüvə arsenalları NATO-nun birgə nüvə missiyaları çərçivəsində yerləşdirilib.

Xatırladaq ki, “Daili Teleqraf” qəzeti Pentaqonun nüvə silahı daşıya bilən iki F-35A qırıcı-bombardmançı eskadrilyasını Böyük Britaniyanın Saffolk şəhərindəki aviabazaya köçürmək niyyəti barədə məlumat yaymışdı.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol