Şahruddin Türkiyənin bu klubuna keçir

13:52 - 6 Sentyabr 2023 - GÜNDƏM

 Şahruddin Türkiyənin bu klubuna keçir

Azərbaycan millisinin və “Qarabağ”ın futbolçusu Şahruddin Məhəmmədəliyev Türkiyənin “Adana Dəmirspor” klubuna keçir.

BUTA.TV xəbər verir ki, bu iddia ilə yerli “Fanatik” nəşri çıxış edib.

Bildirilir ki, 29 yaşlı qapıçı Superliqa təmsilçisi ilə 2+1 illik müqaviləni razılaşdırıb. Ş.Məhəmmədəliyev yeni komandasına azad agent kimi keçəcək. O, “Adana Dəmirspor”da yerli futbolçu statusunda çıxış edəcək.

Qeyd edək ki, Şahruddin Məhəmmədəliyev 2016-cı ildən “Qarabağ”ın formasını geyinir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol