Fransa ordusunu Nigerdən çıxarır

10:54 - 7 Sentyabr 2023 - GÜNDƏM

 Fransa ordusunu Nigerdən çıxarır

Fransa hərbi kontingentinin bir hissəsi Nigerdən çıxarıla bilər.

BUTA.TV xəbər verir ki, bu barədə AFP məlumat yayıb.

Məlumata görə, fransız hərbçiləri Benin vasitəsilə çıxarıla, sonra öz vətənlərinə, eləcə də Fransa qüvvələrinin Sahel bölgəsindəki qərargahının yerləşdiyi Çada qaytarıla bilər:

“Onları cihadçıların olduğu digər bölgələrə, məsələn, Yaxın Şərqə köçürmək mümkündür. Nigerdən tam olaraq neçə hərbçinin çıxarılmasının nəzərdə tutulduğu hələ müəyyən edilməyib”.

Qeyd olunur ki, Nigerdəki fransız kontingenti ölkədə baş vermiş dövlət çevrilişindən sonra faktiki olaraq mühasirədədir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol