Qeyri-sabit hava nə vaxta kimi davam edəcək?

12:32 - 7 Sentyabr 2023 - GÜNDƏM

 Qeyri-sabit hava nə vaxta kimi davam edəcək?

Azərbaycanda müşahidə olunan qeyri-sabit hava şəraiti sentyabrın 10-dək davam edəcək.

BUTA.TV xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev bildirib.

Onun sözlərinə görə, ölkənin dağ çaylarında sel təhlükəsi qalmaqdadır:

"Bu müddət ərzində Balakən, Şəki, Oğuz, Dağlıq Şirvan, Quba, Qusar, Daşkəsən, Gədəbəy, Gəncə, Lənkəran, eyni zamanda Qarabağ, Şərqi Zəngəzur ərazisindən axan çaylarda sel gözlənilir. Əhaliyə müraciət edərək onları bu müddət ərində ehtiyatlı olmağa səsləyirik. Çay yataqlarına yaxınlaşmasınlar. Çünki bu onların həyatına təhlükə yarada bilər".


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol