Tezliklə İranda hakimiyyət dəyişəcək – İsrailli nazir

15:36 - 7 Sentyabr 2023 - GÜNDƏM

 Tezliklə İranda hakimiyyət dəyişəcək – İsrailli nazir

Yaxın gələcəkdə İran hakimiyyəti xalq tərəfindən devriləcək.

BUTA.TV xəbər verir ki, bunu İsrailin kəşfiyyat naziri Gila Qamliel Londonda farsdilli media nümayəndələri ilə görüşü zamanı deyib.

“Hazırkı hakimiyyətin təsəvvür etdiyimizdən daha tez devriləcəyinə ürəkdən inanıram. İran xalqı artıq buna hazırdır və bu dəyişiklik xalqın əli ilə baş tutacaq. Gələcəkdə İsrail iranlıların ekoloji problemləri, su qıtlığı, kənd təsərrüfatı, yeni texnologiya çatışmazlığı, səhiyyə, hava çirkliliyi kimi problemlərinin aradan qaldırılmasına yardım edəcək”,- nazir bildirib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol