Diqqət: Bank və fərdi məlumatlarınızı ələ keçirə bilərlər!

17:58 - 7 Sentyabr 2023 - GÜNDƏM

 Diqqət: Bank və fərdi məlumatlarınızı ələ keçirə bilərlər!

Ölkəmizdə fəaliyyət göstərən müxtəlif teatr və sərgilərə bilet satışı adı ilə vətəndaşlara qarşı kiberdələduzluq həyata keçirilir.

BUTA.TV xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti məlumat yayıb.

Məlumata görə, kiberdələduzlar saxta veb-səhifələr yaradaraq bilet satışı adı ilə vətəndaşların bank və fərdi məlumatlarını ələ keçirir.

Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara naməlum mənbələrdən daxil olan mesajların tərkibindəki keçidlərə daxil olmamağı, bank və digər fərdi məlumatlarını daxil etməməyi, həmçinin hər hansı bir məhsul və ya xidmət alarkən rəsmi satış həyata keçirən mənbələrə müraciət etməyi tövsiyə edir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol