Qaxda dolu və leysan fəsadlar törətdi

00:28 - 8 Sentyabr 2023 - GÜNDƏM

 Qaxda dolu və leysan fəsadlar törətdi

Qax rayonuna dolu və leysan yağıb.

BUTA.TV-ın Report-a istinadən məlumatına görə, axşam saatlarında rayon ərazisində qeyri-sabit hava şəraiti müşahidə olunub, şəhər ərazisinə bir neçə dəqiqə davam edən dolu düşüb.

Güclü külək nəticəsində şəhərin Heydər Əliyev prospektində ağaclar aşıb, şəhər ərazisindən keçən kanal daşıb.

Qeyri-sabit hava şəraiti nəticəsində rayon ərazisinə elektrik enerjisinin verilişi dayandırılıb. Qax rayon Elektrik Şəbəkəsin bildirilib ki, şəhər ərazisində ağacların aşaraq naqilləri qırması nəticəsində qəzalar baş verib. Hazırda qəzaların aradan qaldırılması istiqamətində işlər aparılır.

Hazırda rayonda leysan davam edir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol