Hərbi dairələrdəki mənbələr Ermənistanın Azərbaycanla şərti sərhəddə 1,2,3 və 4 saylı hərbi korpusları fəal şəkildə gücləndirdiyi, son həftələr İran ərazisindən zirehli texnika və artilleriya mərmilərinin çatdırılması barədə məlumatları təsdiqləyirlər.
BUTA.TV xəbər verir ki, bu barədə "Caliber"in məlumatında bildirilib.
Qeyd olunub ki, təmir və texniki hissələr durmadan işləyir, təmir oluna bilən hər şeyi işə salmağa çalışırlar:
"Ermənistan Azərbaycanın Qarabağ bölgəsi ərazisində də silahlı qüvvələrini yüksək döyüş hazırlığı səviyyəsinə çatdırıb. Təkcə son bir həftədə ehtiyatda on minə qədər hərbçi çağırılıb və bunun fonunda erməni hərbi ekspertlərin guya ölkədə səfərbərliyin aparılmaması ilə bağlı açıqlamaları "Azərbaycana dezinformasiya kampaniyasından başqa bir şey deyil" deyə dünya ictimaiyyətini çaşdırırlar. Yaxın vaxtlarda həm öz daxili siyasi hesablamaları, həm də geosiyasi öhdəlikləri olan Nikol Paşinyan rejimi tərəfindən ciddi hərbi təxribat gözləməyə əsas var. Qarabağda resursların məhdud olduğunu nəzərə alsaq, çox güman ki, orada diversiya xarakterli təxribat əməliyyatları aparıla bilər, eyni zamanda əsas döyüş əməliyyatları düşmən tərəfindən bizim Ermənistanla şərti sərhədimizə keçəcək".
- Ququşdan iranlılara Pəhləvi ilə bağlı çağırış
- Azərbaycanlılar aksiyalara buna görə qoşulmur
- Pəhləvini iki şəxs arzulayır: Xamenei və Netanyahu
- Kadırovun böyrəkləri sıradan çıxdı, xəstəxanadadır
- Pezeşkian da bunu istəyir, ancaq əl-qolu bağlıdır...
- Rusiyanın yeni öldürücü raketləri: Sınaqdan keçiriləcək...
- Şirkətlərlə milyonluq tender qazanan Vüqar Nağıyev kimdir?
- Şamaxıdakı zəlzələ zamanı dağıntı olub? - Rəsmi