Badalyan və Gevorkyandan silah götürüldü – İrəvan

12:24 - 8 Sentyabr 2023 - GÜNDƏM

 Badalyan və Gevorkyandan silah götürüldü – İrəvan

İstintaq Görus şəhərində saxlanılan rusiyapərəst erməni bloger Mikael Badalyan və “Sputnik Ermənistan”ın icmalçısı Aşot Gevorkyanın işi üzrə avtomat, döyüş güllələri, qumbara və digər silahlar ələ keçirib.

BUTA.TV xəbər verir ki, bu barədə Ermənitan İstintaq Komitəsinin məlumatında qeyd olunub.

“İbtidai istintaq zamanı mənzillərə və nəqliyyat vasitələrinə baxış keçirilib, nəticədə oradan AK markalı avtomat, döyüş sursatı, qumbaralar, qumbaraatanlar, tapançalar, süngü bıçaqları, müxtəlif növ hərbi əmlak, çətənə kolları aşkar edilib”, - məlumatda qeyd olunub.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol