ABŞ Zelenskinin dəvət edilməməsindən məyusdur - Sallivan

13:38 - 8 Sentyabr 2023 - GÜNDƏM

 ABŞ Zelenskinin dəvət edilməməsindən məyusdur - Sallivan

ABŞ hakimiyyəti Ukrayna Prezidenti Vladimir Zelenskinin Yeni Dehlidə keçiriləcək G20 sammitində iştirakını dəstəkləyəcək.

BUTA.TV xəbər verir ki, bu sözləri ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan deyib.

Sallivanın sözlərinə görə, avqust ayında Ciddədə Ukraynaya həsr olunmuş iclasda bir çox əsas G20 ölkələri, o cümlədən qlobal Cənub dövlətləri ədalətli və davamlı sülh prinsiplərini müzakirə etmək üçün ukraynalılarla görüşüb.

"Bizim fikrimizcə, Zelenskinin hər hansı bir təşkilat və ya insanlar qarşısında çıxış etmək imkanı olması müsbət hal olardı. ABŞ Zelenskinin sammitə dəvət edilməməsindən məyus olub”, - o bildirib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol