İran generalları Bakıya gəlir

16:10 - 8 Sentyabr 2023 - GÜNDƏM

 İran generalları Bakıya gəlir

Sentyabrın 9-da Bakıda Azərbaycan və İranın müştərək hərbi komissiyası keçiriləcək.

BUTA.TV xəbər verir ki, bu barədə “Tasnim” xəbər agentliyi məlumat yayıb.

Komissiyada iştirak etmək üçün İran Silahlı Qüvvələrinin Baş Qərargahından nümayəndə heyətinin Bakıya səfər edəcəyi bildirilib.

Briqada generalı Əmir Əhədinin başçılıq etdiyi nümayəndə heyətinin tərkibində müdafiə nazirinin müavini, briqada generalı Seyid Mehdi Fərəhi də var.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol