Qızımın qabağında boğazıma bıçaq dayadılar – Güneyli həkim

16:16 - 8 Sentyabr 2023 - GÜNDƏM

 Qızımın qabağında boğazıma bıçaq dayadılar – Güneyli həkim

Hazırda Yəzd şəhərinin həbsxanasında saxlanılan güney azərbaycanlı həkim Həmid Qarahəsənlinin səs yazısı yayılıb.

BUTA.TV xəbər verir ki, o, səs yazısında istintaq dövründə məmurların etdiyi vəhşiliklərdən danışıb.

Qarahəsənli günlərlə döyüldüyünü, təhqir olunduğunu və ailə üzvlərinin məhv ediləcəyi ilə bağlı hədələndiyini deyib.

“Kərəc həbsxanasında saxlanıldığım müddətdə məndən məcburi saxta etiraf almaq üçün həyat yoldaşım və 13 yaşlı qızımın gözləri qarşısında yerə yıxıb boğazıma bıçaq dayadılar. “Etiraf etməsən, başını kəsəcəyik”,- dedilər. Hətta İŞİD terrorçularının belə bir vəhşilik edəcəklərinə inanmıram”, - Qarahəsənli bildirib.

O, bununla yanaşı, Kərəcin Rəcaişəhr həbsxanasında da təhlükəsizlik məmurlarının işgəncə metodlarından danışıb:

“Həbsxanaya aparıldığım ilk gün 24 saat ayaq üstə saxlayıb oturmaq və yatmağıma icazə vermədilər. Hər dəfə dindirməyə aparmadan öncə 4 nəfərlik qrup halında məni döyür, ağır işgəncələr verir, sonra dindirilmə otağına aparırdılar. Dindirilmə müddətində də başıma davamlı zərbələr endirir, təhqir edirdilər”.

Qeyd edək ki, 2022-ci il noyabrın 4-də 54 yaşlı azərbaycanlı rentgenoloq Həmid Qarahəsənli və həyat yoldaşı 46 yaşlı laboratoriya elmləri üzrə mütəxəssis Fərzanə Qarahəsənli etiraz aksiyalarında iştirak etdikləri üçün Kərəc şəhərindəki evlərində həbs edilib. Həmid Qarahəsənli sürgündə 15 il, Fərzanə Qarahəsənli isə sürgündə 5 il həbs cəzasına məhkum ediliblər.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol