İranda yaşayan xalqlara çağırış: Aksiyalara qoşulun!

17:12 - 8 Sentyabr 2023 - GÜNDƏM

 İranda yaşayan xalqlara çağırış: Aksiyalara qoşulun!

İranda öz müqəddəratını təyin etmək hüququ uğrunda Millətlər Cəbhəsinin nümayəndələri 2022-ci ilin sentyabr ayında başlayan ümumxalq aksiyalarının ildönümü ilə bağlı çağırış ediblər.

BUTA.TV xəbər verir ki, çağırış bəyanatında İranda yaşayan qeyri-fars xalqlara qarşı 100 illik assimilyasiya və ayrı-seçkilik siyasətlərinə toxunulub.

Ölkədə yaşayan bütün xalqlardan sentyabr etirazlarının ildönümündə öz tələbləri və şüarları ilə ümumi aksiyalara qoşulmaları təklif olunub:

“İranda işğal altında olan bütün xalqlar mümkün qanuni mübarizə üsullarından istifadə edərək, işğalçı hakimiyyətin devrilməsi üçün birlikdə mübarizəyə qoşulmalıdırlar”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol