Bu ölkədən Qarabağdakı qondarma "seçkilər"ə reaksiya

18:20 - 9 Sentyabr 2023 - GÜNDƏM

 Bu ölkədən Qarabağdakı qondarma

Moldova Azərbaycanın Qarabağ bölgəsində sentyabrın 9-da keçirilmiş qondarma “seçkiləri” tanımır, çünki onlar beynəlxalq hüququn fundamental norma və prinsiplərinə ziddir.

BUTA.TV xəbər verir ki, bu barədə Moldova Xarici İşlər və Avropaya İnteqrasiya Nazirliyinin bəyanatında deyilib.

“Xarici İşlər və Avropaya İnteqrasiya Nazirliyi Moldova Respublikasının Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyi və ərazi bütövlüyünə qətiyyətli dəstəyini təsdiqləyir”, - XİN-in bəyanatında bildirilib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol