İsveçdə müsəlmanlara dəstək aksiyası keçirildi

20:54 - 9 Sentyabr 2023 - GÜNDƏM

 İsveçdə müsəlmanlara dəstək aksiyası keçirildi

Sentyabrın 8-də xristian icmalarının nümayəndələri qırmızı rəngli paltarlar geyinərək Höteborqdakı məscidin yanında toplaşıblar.

BUTA.TV xəbər verir ki, nümayiş müsəlmanlara dəstək əlaməti olaraq keçirilib.

Aksiya iştirakçıları “Nifrəti söndür” plakatı ilə cümə namazı vaxtı məscidə gəliblər.

“Qırmızı – məhəbbət rəngidir. İsveç müsəlmanları artan güvənsizlik hiss edirlər və biz ümid edirik ki, bu gün buraya gələnlər namaz qılıb onların dostlarının olduğunu görəcəklər”, - deyə pastor Marika Palmdal vurğulayıb.

Məscidin imamı Fərəc Semmo minnətdarlığını bildirərək, nümayiş iştirakçılarına gül təqdim edib.

Müsəlmanlara dəstək aksiyaları gələn həftə Höteborqun digər yerlərində də planlaşdırılır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol