Rumıniyada Rusiyaya məxsus PUA qalıqları aşkarlandı

22:08 - 9 Sentyabr 2023 - GÜNDƏM

 Rumıniyada Rusiyaya məxsus PUA qalıqları aşkarlandı

Rumıniya hərbçiləri Rusiya ordusunun istifadə etdiyi PUA-nın yeni qalıqlarını aşkar ediblər.

BUTA.TV xəbər verir ki, bu barədə Rumıniya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Dəniz Qüvvələrinin şəxsi heyəti axtarış əməliyyatları zamanı Plaurudan təxminən 2,5 km cənub-şərqdə Rusiya hərbçilərinin istifadə etdiyinə oxşar PUA fraqmentləri aşkar ediblər. Qalıqların aşkar olunduğu ərazi hərbçilər tərəfindən mühasirəyə alınıb, aşkarlanan elementlər analiz və texniki ekspertiza üçün toplanacaq”, - məlumatda bildirilib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol