PA rəsmisindən Xankəndi-Ağdam yolu açıqlaması

00:40 - 10 Sentyabr 2023 - GÜNDƏM

 PA rəsmisindən Xankəndi-Ağdam yolu açıqlaması

Bu gün Rusiyanın təşəbbüsü ilə Rusiya Qızıl Xaç Cəmiyyətinin ərzaq yükü Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə razılaşdırılaraq Ağdam-Əsgəran yolu ilə Xankəndi istiqamətində gedəcək.

BUTA.TV xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

"Bu, ayrıca sövdələşmədir və o demək deyil ki, Laçın-Xankəndi yolu eyni vaxtda açılır.

Azərbaycan sentyabrın 1-də Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarının eyni vaxtda açılmasının təmin edilməsinə xoş niyyətli jest kimi razılığını bildirdi. Lakin qanunsuz rejim bundan imtina etdi.

Laçın buraxılış məntəqəsində Azərbaycanın gömrük və sərhəd nəzarəti rejiminə əməl edilməlidir", - PA rəsmisi qeyd edib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol