Payız çətin olacaq, Ukraynanın 45 gün vaxtı qalıb – Milli

15:36 - 10 Sentyabr 2023 - GÜNDƏM

 Payız çətin olacaq, Ukraynanın 45 gün vaxtı qalıb – Milli

Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatının aktiv mərhələsi daha 30-45 gün davam edə bilər. Bundan sonra hücum əməliyyatı hava şəraitinə görə çətinləşəcək.

BUTA.TV xəbər verir ki, bunu ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Mark Milli deyib.

Onun sözlərinə görə, payızda ukraynalı hərbçilərin manevrləri daha çətin olacaq, buna görə də hücum hərəkətləri ləngiyə bilər:

"Ağır döyüşlər hələ də davam edir. Ukraynalılar döyüşür və ardıcıl olaraq irəliləyirlər. Döyüş üçün əlverişli hava şəraiti təxminən 30-45 gün qalıb. Döyüşlər hələ bitməyib. Ukrayna Silahlı Qüvvələri planlaşdırdıqları döyüş mərhələsini hələ başa çatdırmayıb. Əvvəldən demişdim ki, bu müharibə uzun, ləng, ağır və böyük itkilərlə davam edəcək”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol