İrəvanın hərəkətlərinin pislənməsini gözləyirik - XİN

17:46 - 10 Sentyabr 2023 - GÜNDƏM

 İrəvanın hərəkətlərinin pislənməsini gözləyirik - XİN

Ermənistanın düşünülmüş hərəkətlərin açıq şəkildə pislənməsini gözləyirik.

BUTA.TV xəbər verir ki, bunu Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəhbəri Ayxan Hacızadə X sosial şəbəkəsindəki hesabında yazıb.

"Ağdamda erməni silahlı birləşmələrinin diversiya qrupunun yerləşdirdiyi minanın partlaması nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu yaralanıb.

2020-ci ildə müharibənin başa çatmasından bu günə kimi 306 azərbaycanlı mina və partlamamış hərbi sursatların qurbanı olub.

Biz bu cür düşünülmüş hərəkətlərin açıq şəkildə pislənməsini gözləyirik", - XİN rəsmisi qeyd edib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol