Bu ittifaq G20-yə qoşula bilər - Lavrov

20:06 - 10 Sentyabr 2023 - GÜNDƏM

 Bu ittifaq G20-yə qoşula bilər - Lavrov

Avrasiya İqtisadi İttifaqı (Aİİ) mühüm regional birlik kimi Afrika İttifaqından nümunə götürərək G20-yə qoşula bilər.

BUTA.TV xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov G20 sammitindən sonra keçirilən mətbuat konfransında deyib.

"Ola bilsin ki, hansısa mərhələdə Avrasiya İqtisadi İttifaqı belə regional struktur iştirakçılarından biri hesab olunacaq. Yeri gəlmişkən, Avropa İttifaqını oraya, bu qrupa köçürmək lazım gələcək. Çünki düzünü desəm, bu, nədənsə qeyri-mütənasib görünür - həm Avropa İttifaqının aparıcı ölkələri, həm də Avropa Şurası və Avropa Komissiyasının rəhbərliyi. Suallar var, bəli, amma həyat göstərəcək",- o bildirib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol