Portuqaliya millisinin və "Əl-Nəsr"in hücumçusu Kristian Ronaldonun Mərakeşdə yerləşən oteli ölkədə baş verən zəlzələdən zərər çəkənləri qəbul edib.
BUTA.TV xəbər verir ki, 38 yaşlı ulduz futbolçu "Pestana CR7 Marrakech" adlı 4 ulduzlu oteli Mərakeşdə yerləşir. Oteldə fitness mərkəzi, restoran və açıq hovuz da var. Otel ötən gün baş vermiş güclü zəlzələdən sonra zərər görənləri təmannasız olaraq qəbul edib.
Xatırladaq ki, Mərakeşdə dağıdıcı zəlzələ nəticəsində 2000-dən çox insan həlak olub, yüzlərlə insan yaralanıb.
- Məhkəmədən Adnan Əhmədzadə ilə bağlı qərar...
- Azərbaycana görə qiymətlər azaldı - Paşinyan
- Xomeyni kimi “qayıdış”: Rza bacaracaq? - Semivolos
- Azərbaycanla bu yarışa girməyəcəyik - Papikyan
- ABŞ “Ermənistanla” dedi: Azərbaycanın adını çəkmədi
- Azərbaycanda və Hindistanda su itkisinin həcmi...
- Şıxlinskiyə qarşı yeni ittiham: 22 milyonluq təzminat...
- Onlar Bakıdan Ermənistana gedəcək