AB ilə diplomatik əlaqələr dayandırılmalı, rusiyalı diplomatlar müvəqqəti olaraq geri çağırılmalıdır.
BUTA.TV xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev deyb.
“AB-nin ruslara bəzi malları, o cümlədən şəxsi smartfon və avtomobillərini Avropa ölkələrinə gətirilməsini qadağan edən bəyanatından sonra belə kəskin qərar verilməlidir. AB liderlərinə halal olsun. Onlar ruslara birbaşa dedilər: siz bizim üçün ikinci dərəcəli vətəndaşsınız. Bulqakov necə deyirdi: “Siz inkişafın ən aşağı pilləsində dayanırsınız”, Filip Filipoviç qışqırdı, “siz sadəcə olaraq yeni yaranan, əqli cəhətdən zəif bir varlıqsınız, bütün hərəkətləriniz sırf heyvani xarakter daşıyır”. Və bu qərar açıq-aydın “Kremldəki cinayətkar aqressiv rejim” üçün bir cəza deyil. Bu, hər bir Rusiya vətəndaşının üzünə vurulan konkret şillədir. Bununla bağlı nə etməliyik? Sadəcə olaraq, AB ilə diplomatik münasibətləri müvəqqəti dayandırmaq daha yaxşı olardı. Və diplomatlarımızı ölkəmizə qaytarmalıyıq”, - o bildirib.
- Trampdan iranlılara: Yardım yoldadır! - Müharibə başlayır?
- Məhkəmədən Adnan Əhmədzadə ilə bağlı qərar...
- Azərbaycana görə qiymətlər azaldı - Paşinyan
- Xomeyni kimi “qayıdış”: Rza bacaracaq? - Semivolos
- Azərbaycanla bu yarışa girməyəcəyik - Papikyan
- ABŞ “Ermənistanla” dedi: Azərbaycanın adını çəkmədi
- Azərbaycanda və Hindistanda su itkisinin həcmi...
- Şıxlinskiyə qarşı yeni ittiham: 22 milyonluq təzminat...