Rusiya narahat ola bilər, Ukrayna ordusu yaxınlaşır

20:30 - 11 Sentyabr 2023 - GÜNDƏM

 Rusiya narahat ola bilər, Ukrayna ordusu yaxınlaşır

Opıtnoyedə döyüşlər davam edir, lakin işğalçılar bu qəsəbənin Donetskə yaxın olmasından artıq narahat ola bilərlər.

BUTA.TV xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Vladislav Seleznev Donetskə qədər irəliləyiş perspektivlərini dəyərləndirərkən deyib.

Ekspert bildirib ki, ruslar Opıtnoye kəndində fəaliyyət göstərərək. Avdeyevkanı əməliyyat bölgəsinə çevirməyə çalışıb və oraya böyük miqdarda vəsait yatırıb:

"Lakin Ukrayna kəşfiyyatı Rusiyanın işğalçı qüvvələrinin hərəkətlərini çox diqqətlə izləyir. Və düşmənin kifayət qədər operativ ehtiyata malik olmadığı məlum olan kimi ordumuz cəbhənin bu hissəsində əks-hücum əməliyyatına başlayıb".


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol