Mərakeşdə minlərlə insanın həlak olması ilə nəticələnən zəlzələdən əvvəl səmada güclü parıltı görünüb.
BUTA.TV Baku TV-yə istinadən xəbər verir ki, sosial şəbəkələrdə bununla bağlı kadrlar yayımlanıb.
Qeyd edək ki, oxşar hadisə Türkiyədə fevral ayında episentri Kahramanmaraş olan təbii fəlakət zamanı da görünmüşdü. Alimlərin fərziyəsinə görə, bu, litosfer plitələrinin hərəkəti nəticəsində olur - bu zaman güclü enerji ayrılır və səmada parlamalar baş verir.
Xatırladaq ki, sentyabrın 8-də Mərakeş şəhərindən 72 kilometr qərbdə 6,9 bal gücündə zəlzələ baş verib. Son məlumata görə, fəlakət nəticəsində ölənlərin sayı 2,5 min nəfərə çatıb.
- Trampdan iranlılara: Yardım yoldadır! - Müharibə başlayır?
- Məhkəmədən Adnan Əhmədzadə ilə bağlı qərar...
- Azərbaycana görə qiymətlər azaldı - Paşinyan
- Xomeyni kimi “qayıdış”: Rza bacaracaq? - Semivolos
- Azərbaycanla bu yarışa girməyəcəyik - Papikyan
- ABŞ “Ermənistanla” dedi: Azərbaycanın adını çəkmədi
- Azərbaycanda və Hindistanda su itkisinin həcmi...
- Şıxlinskiyə qarşı yeni ittiham: 22 milyonluq təzminat...