Ağdam-Xankəndi yolunu “maskalılar” açıb: “Gecə gəldilər…”

12:20 - 12 Sentyabr 2023 - GÜNDƏM

 Ağdam-Xankəndi yolunu “maskalılar” açıb: “Gecə gəldilər…”

Xəbər verdiyimiz kimi, Rusiya Qızıl Xaç Cəmiyyətinin ərzaq daşıyan yük maşını ilk dəfə Ağdam-Xankəndi yolundan istifadə etməklə, bu gün səhər saatlarında Xankəndiyə çatıb.

BUTA.TV xəbər verir ki, Ağdam yolunun açılmasına qarşı çıxan erməni separatçılar yolda “blok-post” qurmuşdular və keşik çəkirdilər.

“Vahan” dəstəsinin rəhbəri Artur Vardanyan erməni mediasına deyib ki, gecə cəmi 20-yə yaxın şəxs “növbədə” olub, aralarında qadın olmayıb.

“Xüsusi təyinatlı dəstə”nin üzvləri iki avtobusla gəldilər, hamısı maskalı idi və elan etdilər ki, əgər növbədə duranlar yolu açmasa, güc tətbiq etməli olacaqlar”, - Vardanyan bildirib.

O bildirib ki, heç bir qarşıdurma olmayıb, bundan sonra “növbədə” duranlar piyada Xankəndiyə doğru gediblər.

Xatırladaq ki, Ağdam-Xankəndi yolu ilə ərzaq yardımı aparan RQXC-nin yük maşını artıq Xankəndidədir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol