“Kontakt” izləyicilərini saxta səhifələrə etibar etməməyə çağırır

12:50 - 12 Sentyabr 2023 - GÜNDƏM

 “Kontakt” izləyicilərini saxta səhifələrə etibar etməməyə çağırır

“Kontakt” mağazalar şəbəkəsi son zamanlar şəbəkənin adından açılmış saxta səhifələrlə bağlı paylaşım edib.

BUTA.TV xəbər verir ki, şəbəkə öz izləyicilərini ayıq-sayıq olmağa, saxta mənbələrə etimad göstərməməyə, şəxsi və bank kartları üzrə məlumatları kənar şəxslərlə bölüşməməyə çağırıb.

Şəbəkənin rəsmi saytları və sosial media hesabları aşağıdakılardır:

Rəsmi sayt: https://kontakt.az/

Rəsmi Instagram hesabı: @kontakt_home

Rəsmi Facebook hesabı: fb.com/KontaktHome

Mebel və Tekstilə aid Instagram hesabı: @kontakt_home_mebel

“Kontakt”ın bütün kampaniya, endirim və digər yenilikləri barədə məlumatlar yalnız həmin hesablarda paylaşılır.

Qeyd edək ki, şəbəkə məsələ ilə bağlı aidiyyəti dövlət orqanlarına, habelə hüquq-mühafizə orqanlarına müraciət edib və cinayət hallarının aradan qaldırılması məqsədilə onlarla sıx əməkdaşlıq edir. Siz də saxta səhifələri aşkarladığınız və ya bu kimi qanunsuzluqlarla üzləşdiyiniz halda, şəbəkənin *6060 Çağrı Mərkəzinə zəng edə, eyni zamanda hüquq-mühafizə orqanlarına şikayət edə bilərsiniz.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol