Abdullahian (İran xarici işlər naziri – red.) dedi ki, İran sülh sazişini və sülh proseslərini dəstəkləyir, lakin şərt qoyub. İran XİN rəhbəri bildirdi ki, biz sərhədlərin heç bir geosiyasi dəyişikliyini və ərazi bütövlüyünün dəyişdirilməsini qəbul etməyəcəyik. Bura Zəngəzur dəhlizi də daxildir.
BUTA.TV xəbər verir ki, bu sözləri iranlı politoloq Pouya Hüseyn erməni mediasına açıqlamasında Türkiyə və İran XİN başçılarının görüşündə Hüseyn Əmir Abdullahianın Azərbaycan və Ermənistan arasında sülh sazişinə tərəfdar olduqları barədə fikrini şərh edərkən deyib.
O bildirib ki, Ermənistanın sərhədləri “qorunub saxlanılsa”, geosiyasi sərhədlər heç bir dəyişikliyə məruz qalmasa, İran Azərbaycanla Ermənistan arasında sülhün tərəfdarı olacaq:
“Abdullahian dedi ki, İranın tarixi yolları, tranzit yolları bağlanmamalıdır, söhbət Zəngəzur dəhlizindən gedir; Ermənistan vasitəsilə Avropaya, Rusiyaya gedən tarixi yoldur, o, bu tarixi yolu nəzərdə tutur. Yəni Ermənistanın sərhədlərinin qorunub saxlanması halında İran dəstək verəcək”.
- Trampdan iranlılara: Yardım yoldadır! - Müharibə başlayır?
- Məhkəmədən Adnan Əhmədzadə ilə bağlı qərar...
- Azərbaycana görə qiymətlər azaldı - Paşinyan
- Xomeyni kimi “qayıdış”: Rza bacaracaq? - Semivolos
- Azərbaycanla bu yarışa girməyəcəyik - Papikyan
- ABŞ “Ermənistanla” dedi: Azərbaycanın adını çəkmədi
- Azərbaycanda və Hindistanda su itkisinin həcmi...
- Şıxlinskiyə qarşı yeni ittiham: 22 milyonluq təzminat...