Mərakeşdə zəlzələdə ölənlərin sayı artdı

17:10 - 12 Sentyabr 2023 - GÜNDƏM

 Mərakeşdə zəlzələdə ölənlərin sayı artdı

Mərakeşdə zəlzələ nəticəsində ölənlərin sayı 2091 nəfərə çatıb.

BUTA.TV xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyindən bildirilib.

Son məlumata görə, təbii fəlakət nəticəsində 5530 nəfər yaralanıb.

Xatırladaq ki, Mərakeş Milli Geofizika İnstitutundan verilən açıqlamaya görə, 7 maqnitudalı zəlzələ sentyabrın 8-i yerli vaxtla saat 23:11-də (Bakı vaxtı ilə sentyabrın 8-də saat 02:11-də) baş verib. Zəlzələnin episentri Mərakeş-Safi bölgəsinə daxil olan Əl-Hauz əyalətində yerləşən İgil bölgəsində olub, yeraltı təkanların ocağı 8 km dərinlikdə yerləşib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol