Bakı və İrəvan yekun razılığa gəlməlidir - ABŞ

22:38 - 12 Sentyabr 2023 - GÜNDƏM

 Bakı və İrəvan yekun razılığa gəlməlidir - ABŞ

ABŞ Azərbaycan və Ermənistan arasında vəziyyətin nizamlanması istiqamətində fəaliyyətini davam etdirir.

BUTA.TV xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bu gün keçirdiyi brifinq zamanı deyib.

“Dünən dediyim kimi, dövlət katibi şəxsən bununla məşğuldur və keçən həftə bir neçə müzakirələr aparıb", - deyə o bildirib.

Miller qeyd edib ki, uzunmüddətli perspektivdə iki ölkə yekun razılığa gəlməlidir.

O, bu gün Rusiyadan gələn ərzaq yüklərinin keçdiyi Ağdam-Xankəndi yolunun da açıldığını vurğulayıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol