Ayfon 15-in qiyməti açıqlandı

23:50 - 12 Sentyabr 2023 - GÜNDƏM

 Ayfon 15-in qiyməti açıqlandı

Əpl yeni cihazların illik təqdimat mərasimində Ayfon 15-in qiymətini açıqlayıb.

BUTA.TV Publika.az-a istinadən xəbər verir ki, bütün yeni cihazların satışı sentyabrın 22-də başlayacaq.

Ayfon 15 alüminium korpusa, beş bədən rənginə, "Dynamic Island" kəsikli yeni displey və 48 meqapiksellik əsas kameraya malikdir.

Smartfona USB "Type-C" vasitəsilə qoşulmaq mümkün olacaq. O, iki ölçüdə təqdim olunur: 6,1 düym və 6,7 düymlük ekranla.

128 GB yaddaşa malik Ayfon 15-in qiyməti 799 dollar olacaq. Böyük ekranlı Ayfon 15 Plus-un qiyməti isə 899 dollardan başlayır.

Əpl həmçinin Ayfon 15 Pro və 15 Pro Maks-ı təqdim edib. Smartfonlar titan korpus və yenilənmiş kamera sistemi ilə təmin edilib.

Ayfon 15 Pro 999 dollardan, Pro Maks versiyası isə 1199 dollara başa gələcək.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol