Füzulidə ağır qəza: ölənlər var

11:00 - 13 Sentyabr 2023 - GÜNDƏM

 Füzulidə ağır qəza: ölənlər var

Sentyabrın 12-də axşam saat 9 radələrində Füzuli rayonunun Qayıdış qəsəbəsi ərazisində VAZ markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılıb.

Bu barədə BUTA.TV-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, nəticədə sürücü və sərnişin qismində olan Füzuli rayon sakinləri Şaiq Həsənov və Füzuli Məmmədov hadisə yerində ölüb. Digər sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı araşdırma aparılır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol