Çinlə müharibə olsa, məğlub ola bilərik – ABŞ generalı

12:24 - 13 Sentyabr 2023 - GÜNDƏM

 Çinlə müharibə olsa, məğlub ola bilərik – ABŞ generalı

ABŞ Çinlə mümkün hərbi toqquşmaya hazırlığı gücləndirir.

BUTA.TV xəbər verir ki, bu sözləri ABŞ Hərbi Hava Qüvvələrinin katibi Frenk Kendall deyib.

“Bizim vəzifəmiz bu müharibənin qarşısını almaqdır. Lakin bu baş verərsə, qələbəyə hazır olmalıyıq. Hamımız Hava-Kosmik Qüvvələrində islahatların aparılması zərurətindən danışırıq, əks halda müharibənin qarşısını ala bilməyəcəyik, hətta məğlub da ola bilərik”, - Kendall bildirib.

Onun sözlərinə görə, əgər ABŞ-ın hərbi potensialı Çinin Tayvana təcavüzünün qarşısını almaq üçün kifayət etməsə, müharibə başlaya bilər.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol