Güneydə türk toponimlərinə məhdudiyyət davam edir

14:36 - 13 Sentyabr 2023 - GÜNDƏM

 Güneydə türk toponimlərinə məhdudiyyət davam edir

Urmiya şəhərinin mərkəzində "Savalan" parkının lövhəsi sökülərək götürülüb.

BUTA.TV xəbər verir ki, bu barədə yerli sosial media fəalları məlumat yayıb.

Bildirilib ki, bu, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) Urmiya bələdiyyəsinə verdiyi göstəriş əsasında edilib.

Bundan əvvəl də Qərbi Azərbaycan əyaləti və Urmiya şəhərində türk adlarının bərpası, yeni türk adlarının qoyulması qısqanclıq və qadağalarla üzləşib.

Burada bölgəyə sonradan köçmüş və hazırda dövlət idarələrində çalışan qeyri-türk etniklərin rol oynadığı bildirilir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol