ABŞ Gürcüstanda hərbi baza yaradır? - Rəsmi

00:58 - 14 Sentyabr 2023 - GÜNDƏM

 ABŞ Gürcüstanda hərbi baza yaradır? - Rəsmi

ABŞ hökuməti Gürcüstan ərazisində hərbi baza qurmağı planlaşdırmır.

BUTA.TV xəbər verir ki, bu barədə ABŞ-ın Tiflisdəki səfirliyindən bildirilib.

Bildirilib ki, ABŞ-Gürcüstan münasibətləri uyğunluğun artırılmasına, sonrakı təcavüzün qarşısını almaq və onun suverenliyini qorumaq üçün Gürcüstanı dəstəkləməyə əsaslanmaqda davam edir ki, bu da Gürcüstanı NATO üzvlüyünə daha yaxşı hazırlayır.

Qeyd edək ki, sentyabrın 12-də “Mtavari Arkhi” telekanalı öz mənbələrinə istinadən bildirib ki, ABŞ-ın müdafiə naziri Lloyd Ostin Gürcüstan hökumətinə ölkədə Amerika hərbi bazasının yaradılmasını təklif edib və bundan imtina edilib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol