Dünən Paşinyanın rəhbərlik etdiyi kabinet deputatların suallarını cavablandırmaq üçün Ermənistan parlamentinə gəlib. Hakim partiyanın üzvləri xarici işlər naziri Mirzoyandan başqa, bütün nazirləri və Paşinyanı çox səmimi qarşılayıblar.
BUTA.TV xəbər verir ki, bu barədə “Joxovurd” qəzeti məlumat yayıb.
“Deputatlar onları xüsusi qarşılayıb, iclas başlamazdan əvvəl nazirlərlə ayrı-ayrılıqda söhbətlər aparıblar. Lakin Mirzoyan iclasın başlamasına az qalmış parlamentə gəlib və dərhal gedib. Hakim partiya üzvləri onunla çox ünsiyyət qurmayıblar, hətta yaxın komanda yoldaşları da artıq onunla əvvəlki kimi danışmırlar. Mirzoyan da öz növbəsində komanda yoldaşları ilə çox soyuq davranıb, onlarla ünsiyyət qurmayıb”, - məlumatda deyilir.
Qeyd olunur ki, 44 günlük müharibədən, xüsusən də Mirzoyanın hökumət binasında döyülməsindən sonra onunla Paşinyan arasında münasibətlər son dərəcə gərginləşib:
“Baxmayaraq ki, əvvəllər Mirzoyan Paşinyanın partiyada ən etibarlı adamı idi”.
- Trampdan iranlılara: Yardım yoldadır! - Müharibə başlayır?
- Məhkəmədən Adnan Əhmədzadə ilə bağlı qərar...
- Azərbaycana görə qiymətlər azaldı - Paşinyan
- Xomeyni kimi “qayıdış”: Rza bacaracaq? - Semivolos
- Azərbaycanla bu yarışa girməyəcəyik - Papikyan
- ABŞ “Ermənistanla” dedi: Azərbaycanın adını çəkmədi
- Azərbaycanda və Hindistanda su itkisinin həcmi...
- Şıxlinskiyə qarşı yeni ittiham: 22 milyonluq təzminat...