İrəvan bunu yaxın müddətdə Bakıya çatdıracaq

12:40 - 14 Sentyabr 2023 - GÜNDƏM

 İrəvan bunu yaxın müddətdə Bakıya çatdıracaq

Ermənistan uyğun müddətdə sülh müqaviləsinin mətni ilə bağlı şərhlərini Azərbaycana təqdim edəcək.

BUTA.TV xəbər verir ki, bunu Ermənistanın Baş nazir Nikol Paşinyan hökumətin iclasında deyib.

O qeyd edib ki, ötən gün mətnin yeni şərhləri Bakıdan İrəvana çatdırılıb.

Onun sözlərinə görə, sülh region ölkələrinin suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə təminat verə biləcək yeganə amildir:

“Bu baxımdan, Qarabağda humanitar böhranın aradan qaldırılması aktual vəzifə olaraq qalır və Ermənistan bu istiqamətdə bütün səylərini göstərəcək”.

Eyni zamanda, Paşinyan sərhəddə vəziyyətin gərgin olaraq qaldığını vurğulayıb. O, Azərbaycanı guya Ermənistanla sərhəd boyunca və Qarabağdakı təmas xəttinə qoşun, eləcə də texnika yığmaqda ittiham edib.

Baş nazir xatırladıb ki, Rusiya tərəfindən göndərilən humanitar yardım partiyası Xankəndiyə çatıb, lakin bir avtomobil vəziyyətə ciddi təsir göstərmək iqtidarında deyil.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol