Paşinyan açıqladı: Orduya qadınlar da çağırılır

13:58 - 14 Sentyabr 2023 - GÜNDƏM

 Paşinyan açıqladı: Orduya qadınlar da çağırılır

Könüllü olaraq xidmətə yazılan qadınlar qarşıdan gələn qış çağırışı zamanı silahlı qüvvələrin sıralarına qoşulacaqlar.

BUTA.TV xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib.

Ermənistan müdafiə naziri Suren Papikyan isə deyib ki, nazirlik qadınları çağırmağa hazırdır, lakin məktəblərdə görülən işləri nəzərə alaraq əsas axının yayda olması gözlənilir.

“Amma biz qış çağırışı zamanı 18-27 yaşlı qadınları çağırmağa hazırıq”, - Papikyan bildirib.

Paşinyan əsas diqqəti qış çağırışına yönəltməyi təklif edib. Onun sözlərinə görə, çağırışçıları kişi və qadına bölməyə ehtiyac yoxdur, onların hamısını əsgər saymaq lazımdır.

Baş nazir bildirib ki, Müdafiə Nazirliyi qadın batalyonu üçün daimi dislokasiya məntəqəsinin inşasını başa çatdırır:

“Biz başa düşürük ki, bu, Ermənistan üçün tamamilə yeni bir qurumdur. Və müvafiq səviyyəni təmin etmək üçün hər şeyi edirik”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol